İyunun 12-də efirə gedən "5-də 5” verilişində əməkdar Artist Elnarə Abdullayeva aparıcı Zaur Kamalı pərt edib.

"A24.az” xəbər verir ki, "Xəzər” TV-də yayımlanan verilişə qonaq çağırılan müğənni Zaurun söylədiklərini cavabsız qoymayıb. Belə ki, efirə dəvət olunan şairə Fatimə Vəfa Zaura çox həyəcanlı olduğunu bildirib:

"Bu qədər verilişlərə çıxıram, bir qram həyəcanım olmur. Biləndə ki, sizin verilişə gəlirəm, inanın ki, gecədən məni həyəcan bürüyür, səhərə qədər yata da bilmirəm. Yəqin sizin zəhminiz məni basır”.

Kənardan mövzuya müdaxilə edən Elnarə Abdullayeva "Bax, bu danışıqlarınla aman verirsən ki?!” deyib. "Deyirəm, o da təzə-təzə çıxardı, onda gör, mən neyniyərdim?!” deyə Zaur Kamal Elnarə Abdullayevaya qarşılıq verib.

"Hay, hay, hay… Ay kişi, hələ Azərbaycan televiziyasının vaxtından, ümumiyyətlə, mən həmişə canlı efirə çıxmışam. İndi siz bizə baxanda uşaqsınız. Canlı efirlərdə, sağlığını görüm, sökürdük. Pah! Elnarə ölüb, Zaur onu təkərə sala, hay, hay…”, deyən əməkdar artistin sözlərinin qarşılığın Zaur Kamal bir söz deyə bilməyib.

"A24.az” verilişdən olan görüntüləri təqdim edir:
 
BAKU.WS