13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Dünya şöhrətli müğənni Seeya və azərbaycanlı müğənni Samirə Əfəndiyevanın duetinə çəkilən klip təqdim edilib. 
 
Layihənin baş prodüsseri Ukraynada yaşayan İdris Cəfərovdur. Azərbaycan tərəfdən layihə çərçivəsində videoqraf kimi Ramin Cəfərov və EFENDİnin geyim tərzi üzrə modelyer AİWA iştirak edib. 
 
Rumıniyada "Tommo Production" tərəfindən mahnı və klip ərsəyə gətirilib. Bu 10-15 günlük səfər ərzində mahnının yazılışı və səs uzlaşması "Tommo Prodaction"a məxsus olan səs yazma studiasında, Buxarestdə həyata keçirilib. Daha sonra klip çəkilişi baş tutub.
 
Layihə rəsmi olaraq iyunun 7-də klip formasında Seeyanın və "Tommo Production"un rəsmi Youtube kanalları vasitəsi ilə təqdim olunub. Klip çıx qısa zamanda minlərlə insan tərəfindən izlənib. 
 
Xoş seyirlər!