Samira Efendi prodüsser İdris Cəfərovla müqavilə imzaladı (VİDEO)
Müğənni Samira Efendi Ukraynada yaşayan azərbaycanlı prodüsser İdris Cəfərov ilə 2017-ci ilin sonunadək bir illik müqaviləyə imza atıb.
Müqaviləyə əsasən EFENDİ adı altında Samirə Əfəndiyeva bir neçə Beynəlxalq layihələrin iştirakçısı olacaq. Onlardan birincisi bu gün sizlərə təqdim olunur.
Bu "YA TANCUYU" (Я ТАНЦУЮ) adlı musiqi layihəsidir. Mahnının musiqisi, sözləri, aranjemanı və masterinqi tam olaraq "ART SOUND PRODUCTION" tərəfindən həyata keçirilib. Klip çəkilişinin ilk mərhələsinin Ukraynada olması nəzərdə tutulurdu. Uzun danışıq və müzakirələr aparıldıqdan sonra belə qərar verilib ki, Azərbaycanda bu günki gündə bu sahədə peşəkar mütəxəssislər yetişib. Mahnının klipi "JAFAROV CREATIVE" Agentliyi tərəfindən Azərbaycanda həyata keçirildi. Layihə çərçivəsində bir çox mütəxəsisslər cəlb olundu.
Klipin ərsəyə gəlməsində 100 dən çox insanın əziyyəti var. Əsas hissələri həyata keçirən mütəxəsisslər cəlb olunub. Bunlardan biri də videoqraf Ramin Cəfərovdur. Klipdə Modelyer Dizayner AIWA tərəfindən müxtəlif bir-birindən fərqli tərzdə geyim obrazları yaradılıb. Rəqs və klipin baş qəhrəmanları obrazını "NERO Regs Qruppu" və Emin Hüseynov canlandırıb. (Make-up Nargiz Quliyeva / Sakina Mustafayeva , Saç Dizayneri Elnur Əliyev).
Bir daha bunu nəzərinizə çatdıraq ki, müqaviləyə əsasən Samirə Əfəndiyeva Beynəlxalq layihələrdə EFENDİ adı ilə iştirak edəcək. Üç illik müqavilə əsasında bu layhənin İtunes və ümumi yayım hüquqları Russiyanın "STAR PRODUCTION" şirkətinə həvalə olunur.
BAKU.WS
Oxşar xəbərlər
Zamiq Hüseynova 50 minlik hədiyyə verildi (VİDEO)
Müğənni Zamiq Hüseynova saniyəsi 200 dollarlıq klip hədiyyə ediblər. BAKU.WS Publika.az-a istinadən xəbər verir ki, bu barədə müğənni özü "Unudaram” adlı klipi...