ARB TV-nin "Gəlin danışaq” verilişinin növbəti qonağı xalq artisti, aktrisa Amaliya Pənahova olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti, söhmət zamanı sürprizlə üzləşib.

Belə ki, gözləmədiyi anda aktrisanın nəvəsi Aydın içəri daxil olub. Gələcəkdə nənəsinin yolunu davam etdirmək istəyən gənc, ən yaxın dostunun da məhz Amaliya Pənahova olduğunu bildirib:

"İstəyirəm aktyor olum, Amalya xanımın davamçısı. Ən çox sevdiyim filmləri "Babək”, "Qərib cinlər diyarında”dır. Ən çox sevdiyim "Babək” filmidi. Dünyada ən gözəl nənə Amalya nənədir. Məni danlamır. Ailədə ən yaxın dostum Amalya xanımdır. "Planet Parni iz Baku” KVN-teatrında çıxış edirəm, oranın aktyoruyam”.

Xalq artistindən ağız dolusu danışan nəvəsi, onun daima gözəl qalmasını istədiyini deyib:

"1-ci növbədə can sağlığı, necə gözəldisə həmişə elə qalsın, hər zaman mənim yanımda olsun, hər zaman da "krasavitsa” qalsın.

Sonda aktrisa nəvəsi haqqında danışaraq ona uğurlar arzu edib:

"Ona heç kəs mane olmur. İndi şərait var, o vaxt yox idi. O, bilir ki, vəsait olmayan yerdə heçnə edə bilməyəcəksən. Bunun üçün də bilik gərəkdir. Dilləri bilmək, bir sənətin sahibi olmaq. İndi "Amal film prodakşn” var məndə. Ona qalsa deyərdim ki, ora gəl. Amma mən istəyirəm ki, çətinlikləri görə-görə bu işə özü gəlsin. O həmişə var, o hazırdı. Oğlumun 4-5 yaşı var idi, qovluğu qoltuğuna vurub deyirdi ki, "ya diplomat, ya diplomat”. Gəldi diplomat oldu. Bunun da ağlı, biliyi, savadı var, 3 dildə danışır. Amma yaxşı olar ki, əlində sənəti olsun”.
 
BAKU.WS