SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Murad Arifin çoxdandır gözlənilən "HITMAKER" adlı konserti baş tutub.

BAKU.WS xəbər verir ki, sənətçi konsertdən əvvəl mətbuat nümayəndələrinə müsahibə verib.

İfaçı konsertin tamaşaçılarda xoş əhval-ruhiyyə yaradacağına ümid etdiyini bildirib:

“Bu konteksdə Murad Arifin konserti çox maraqlı olur. İlk konsertim, ilk həyəcanım, ilk mahnılarım idi… Bu gün daha sərbəst olacağıq.

Ötən dəfəkindən iki qat daha çox… Önəmli olan odur ki, tamaşaçılarıma xoş təsir bağışlayım. Bu konsertdən hamı yüksək əhval-ruhiyyə qazanacaq. Murad Arif də hitmeyker deyilsə, bəs kimdir hitmeyker? Bu ad mənə ana südü kimi halaldır”.

Daha sonra hit mahnıların bəstəkarı və ifaçısı Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib. Konsertin açılışında “Çalxala-çalxala” mahnısına uyğun şou nümayiş edilib. İfaçı musiqili gecə 3 kostyum dəyişib.

Sənətçi sevilən duetlərini və mahnılarını pərəstişkarları üçün səsləndirib.

Bu ifalar arasında Murad Arifin "Dondurma", "Mənə Sən Lazımsan", "Oğlum", "Tufan", "Oppalara", "Yalnız səni gözlədim", "Saçların", "Partlat!", "Qızım" mahnıları yer alıb.

Xatırladaq ki, Murad Arifin Heydər Əliyev Sarayında ilk konserti ötən ilin mayında baş tutub.

Sənətçi "SOLO" adlandırdığı həmin konsertdə 9 illik hesabat verib.

Zöhrə Pənah
BAKU.WS
VİDEO

QALEREYA