SİZİN REKLAM BURADA!
055 213 76 73


Aşıq Telli Boraçlı ilə həmkarı Zülfiyyə arasındakı gərginlik daha da artıb.

BAKU.WS xəbər verir ki, Zülfiyyə Telli ilə aralarındakı soyuqluğa son qoymaq üçün "Rəngarəng səhər" verilişinə gəlib.

Məşhurlar gərginliyi aradan qaldırmaq əvəzinə daha da mübahisə etməyə başlayıblar.

Aşıq Zülfiyyə deyib ki, Telli onun ərinə zəng edərək "Arvadına de mumlasın" sözlərini söyləyib. Bundan sonra studiyada gərginlik daha da artıb.

Xatırladaq ki, Zülfiyyə açıqlamalarından birində sahibi olduğu restorandan danışaraq "Aşıq Telliyə sazımı etibar etmərəm. Həmişə gəlir bizim restorana yeyir, sonra da sazını unudub gedir. Zəng edir ki, sazım orada qalıb" sözlərini söyləyib.

Onun bu sözləri həmkarının boğazından keçməyib. Telli ötən gün iştirak etdiyi "Rəngarəng səhər" verilişində Zülfiyyənin bu sözlərinə cavab verib.

"Həmin açıqlamaya baxmışam. Bəli, Zülfiyyə xanım onu deyib. Amma bir var yalan, hətta başından böyük yalan danışıb. Guya mən hər gün bunların restoranına getmişəm. Mən cavabını verməliyəm. Elə bir şey olmayıb axı. Mən də indi durum Zülfiyyə haqqında elə bir zarafat edim. Sonra da gedim ki, sən Allah bağışla. Elə şey olur?" - deyə Telli Borçalı bildirib. 

BAKU.WS
VİDEO