SİZİN REKLAM BURADA!
055 213 76 73


58 yaşı tamam olan Əməkdar artist Xumar Qədimova pərəstişkarlarını sevindirib. 

BAKU.WS xəbər verir ki, ifaçı yeni yaşında “Dəli olmağıma bir addım qalıb” adlı klipini sevənlərinin ixtiyarına verib. 

Kompozisiyanın musiqisi müğənninin özünə, sözləri Zəlimxan Yaquba addir. Ekran işinin rejissorluğu Nicat Alışova həvalə edilib. Mahnının aranjımanını Bəxtiyar Həsənov edib.

Qədimova klipdə bir neçə obrazda olub. “Dəli olmağıma bir addım qalıb” adlı ekran işi sənətçinin şəxsi yutub kanalına yerləşdirilib.

BAKU.WS
VİDEO