SİZİN REKLAM BURADA!
055 213 76 73


Model Nikola Peltz-Bekhem qayınanası Viktoriya Bekhemin ad günü gecəsində iştirak etməməsinin səbəbini açıqlayıb.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.

Nikola Peltz-Bekhem xəstə nənəsi ilə vaxt keçirdiyi üçün şənliyə gəlmədiyini etiraf edib.Model qayınanasının 50 yaşını da təbrik edib.

"Əziz Viktoriyam, ad günün mübarək. Mən sizi təbrik etmək və şəxsən qucaqlamaq üçün burada ola bilmədiyim üçün çox təəssüf edirəm. Məndən və nənəmdən sevgi şüaları göndərirəm", – Nikola Peltz-Bekhem yazıb.

Qeyd edək ki, Viktoriya Bekhem 50 yaşını qeyd etmək üçün həftəsonu Osvaldın Londondakı şəxsi klubunda əyləncə gecəsi təşkil edib.Xüsusi tədbirdə Tom Kruz, Eva Lonqoriya, Qordon Ramsay və digər ulduzlar da daxil olmaqla 100 nəfər iştirak edib.

Xatırladaq ki, Nikola Peltz 2022-ci ilin aprelində Viktoriya və Devid Bekhemin oğlu Bruklinlə evləndi. Mətbuatın yazdığına görə, toyun təşkili Nikola ilə Bruklin anası arasında mübahisəyə səbəb olub.

BAKU.WS