22 yaşında görüntülərini paylaşan Fədayə Laçın: "Mənə Azərbaycanın Sibel Canı deyirdilər"
Müğənni Fədayə Laçın sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında məşhur müğənni Sibal Canın illərdir sevilən ifasını səsləndirdiyi görüntüləri paylaşıb.
İfaçı müğənniliyə yeni başladığı vaxtlarda Sibel Cana bənzədildiyini qeyd edib:
"Bir vaxtlar sənətə yeni gələndə mənə Azərbaycanın Sibel Canı deyirdilər. Sonra oxudum oxudum Azərbaycanın Fədayə Laçını oldum.
Elə o vaxtdan Sibel Canın repertuarını sevənlərimin istəyi ilə və sevə-sevə oxuyuram. Özünü də elə o vaxtdan sevirəm".
Qeyd edək ki. video 26 il əvvəl Fədayə Laçının 22 yaşı olanda lentə alınıb.
Oxşar xəbərlər
Vüqar Əbdülov: "Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi"
Meyxanaçı Vüqar Əbdülov aktyorluq fakultəsini oxusa da, meyxanaçı olmasından danışıb. BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, "Künc-bucaq" yutub layihəsi...