SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün yerli mətbuatda müğənni Elçin Cəfərov həyat yoldaşı Aydandan boşanması ilə bağlı xəbərlər çıxıb.

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı yayılan xəbərlərdən sonra sosial şəbəkədə paylaşım edib.

Elçin paylaşımda bunları qeyd edib:

"Haqqında haradasa nahaqq danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə...".

Xatırladaq ki, Elçinlə həyat yoldaşı Aydanın boşanması ilə bağlı ilk xəbəri "metbuat.az" saytı yayıb. Onlar 2016-cı ilin aprel ayında evləniblər. Aydan Xalq şairi və deputat Sabir Rüstəmxanlının qızıdır.

BAKU.WS