SİZİN REKLAM BURADA!
055 213 76 73


"Survivor All Star" yarışmasında gərginlik azalmadan davam edir.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, son zamanlar etdiyi dava və təhdidlərə görə gündəmə gələn Yunus Emre ilə Acun Ilıcalı arasında ada məclisində gərginlik yaranıb.

Yunus Emre "Səviyyəm buraya uyğun gəlmirsə, problem deyil" - deyə Acuna cavab verib.

"Yunus Emre üçün mənim sözlərimin əhəmiyyəti yoxdur. O, oyunları uduzub qarşı tərəfə daim sataşan, tonu, danışıq tərzi və sözləri ilə özünü idarə edə bilməyən biridir. Survivorda çox da şansın yoxdur. Sənin davranışın bizə uyğun deyil. Səninlə mənim aramda sevgi problemi yoxdur. İlk dəfədir ki, kiminsə dueldə hücum etdiyini eşidirəm. Daim insanları hədələyirsən. Bura yarış meydançasıdır. Niyə özünü haqlı hesab edirsən? Kimsə səhv edirsə, mədəni formada danışmalısan. Hədə-qorxu gəlib ortalıqda gəzə bilmərən", - Acun Yunusa xəbərdarlıq edib.

Yunus Emre Ilıclıya, "Bu adamların hamısı ilə yarışdım. Qazandım, ya da məğlub oldum. Heç mənim tərəfimdən hörmətsizlik görüblər? Ləyaqətlə, hörmətlə yarışırdım. Nə zaman qazansam Ögeday bir şey deyir. Mən adamına görə hərəkət edirəm. Səviyyə aşağı düşsə, daha da aşağı düşə bilərəm, Acun bəy. Bu proqrama uyğun gəlməsə belə, heç bir problem yoxdur. Sizə hər zaman minnətdaram və hörmətlə yanaşacam Acun bəy. Mən hər şeydə günah keçisi oluram" - deyə cavab verib.

"Sənə daha 3 mükafat cəzası veririk. Əvvəlki cəzadan da 3-ü qalıb, indi 6 oldu. Bir daha etsən 5 cəza da alacaqsan. Səni burada zorla saxlamırıq", - Acun bilirib.

Həmçinin, Ögeday Yunus Emre ilə aralarındakı gərginliyi aradan qaldırdıqlarını açıqlayıb.

BAKU.WS
VİDEO