SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Şəbnəm Tovuzlu aktyor Fərda Xudaverdiyevin onun haqqında söylədiyi sözlərinə reaksiya verib.

BAKU.WS xəbər verir ki, "Xəzər axşamı" proqramına qonaq olan sənətçi Fərdaya xəbərdarlıq edərək, onun haqqında bir də belə fikirlər səsləndirməməsini tapşırıb:

"Fərdanın verilişdə xətrinə dəymək istəmədim, illərin dostudur. O insanları güldürə bilən bir insandır. İstəmədim nəsə deyim, amma xoşuma gəlmədi. Bundan sonra bir efirdə heç kimdən bir də o sözü eşitməyim. Eşitsəm çox böyük mübahisəmiz düşəcək. İnanın ki, dərinə də gedən insanam. Əvvəlki üzüyumuşaq Şəbnəm deyiləm, artıq hər kəsi yaxşı tanıyıram”.

Xatırladaq ki, bir neçə gün əvvəl Fərda Xudaverdiyev qonaq olduğu "Xəbər-ətər" verilişində "Əvvəl "hacı" deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür" sözlərini söyləyib.

Ətraflı videoda:

BAKU.WS
VİDEO