Jah Xalibin konsertində iğtişaş oldu - VİDEO
Ötən gün Azərbaycan əsilli məşhur reper Jah Xalibin (Bəxtiyar Məmmədov) Daşkənd konsertində qalmaqal yaşanıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, ifaçının pərəstişkarlarının aldıqları biletlərin çoxu saxta çıxıb.
Konsertə buraxılmayan vətəndaşlar kütləvi dava salıblar.
Özbəkistan Milli Qvardiyasının xüsusi təyinatlı dəstəsi ictimai asayişi qorumaq üçün əraziyə cəlb olunub. Qurumun mətbuat xidməti hadisəni iğtişaş adlandırıb:
"İctimai asayişi pozmaqda şübhəli bilinən şəxslər Milli Qvardiyanın əməkdaşları tərəfindən konsert zalından çıxarılıb, baş verə biləcək neqativ halların qarşısı alınıb, xəsarət alan olmayıb. Hadisələrlə bağlı araşdırma aparılır".
Oxşar xəbərlər
Pərvin Abıyeva qəfil vəfat edən Cavidanı belə andı - VİDEO
Tanınmış aktrisa Pərvin Abıyeva sevgilisi Muradın Yeni il gecəsi qəfil vəfat edən qardaşı ilə bağlı paylaşım edib. BAKU.WS xəbər verir ki, maşınında reper Jah X...