SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin meqastarı Tarkan paytaxt Bakının qonağı olub.

BAKU.WS xəbər verir ki, sənətçi "Baku Crystal Hall"da sevənləri qarşısında konsert proqramı ilə çıxış edib. Müğənni pərəstişkarlarına möhtəşəm gecə yaşadıb. Tarkan səhnədə sənətə gəldiyi ilk illərdən bu günə qədər ifa etdiyi hitləri səsləndirib.

Sənətçinin "Dudu", "Kuzu-kuzu", "Yap bi güzellik", "Yolla", "Beni çok sev", "Kedi gibi", "Şımarık", "Çok ağladım", "Öp", "Adımı kalbine yaz", "Hepsi senin", "İşim olmaz", "Verme", "Bekle" kimi mahnıları fanatlarını coşdurub. Yadda qalan gecədə pərəstişkarları Tarkanın bütün ifalarını onunla birlikdə səsləndirərək əyləniblər.

Xatırladaq ki, Tarkan Bakı konserti ilə rekorda imza atıb.

Belə ki, sənətçinin paytaxtımızda bu gün baş tutan konserti üçün 18 000-dən çox bileti satılıb. Fanatları onu görmək üçün 70-350 AZN-lərindən keçməli olublar.

BAKU.WS
VİDEO