Burak Özçivit aktrisa sevgilisi Fahriye Evcene evlilik təklif edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaxın dostları ilə 30 yaşını qeyd edən Burak hər kəsin gözü qarşısında gözlənilmədən diz çökərək, cibindən çıxardığı üzüyü ona tərəf uzadıb. O, sevgilisinə "Mənimlə evlənərsən?” – deyərək, evlilik təklif edib.

Təklif qarşısında Evcen şok olub. Daha sonra gözəl aktrisa daha sonra "ömrümün sonuna kimi səninlə olmaq istəyirəm” – deyib.
 
Xəbərdə qeyd olunub ki, üzük 90 bin türk lirəsinə, təxminən 45 min manat dəyərində olub.

Aysel.Ş
BAKU.WS