SİZİN REKLAM BURADA!
055 213 76 73



 


Tutulduğu qan xərçəngi (leykoz) xəstəliyinə görə xeyli vaxtdır xəstəxanada kimyəvi müalicə keçən rejissor Şahin Zəkizadə bir gün əvvəl evə buraxılıb.

BAKU.WS xəbər verir ki, rejissor "İnstagram” bloqunda bu haqda məlumat yayıb.

O, həyat yoldaşı Səbinə Zəkizadə və qızı ilə birgə çəkilən fotosunu paylaşaraq, "90 günlük müalicədən sonra evə buraxıldım. 20 günlük fasilədən sonra üçüncü kurs müalicəyə başlayacağıq. İlik köçürülməsi ilə bağlı tibbi müayinələrdən keçmək üçün İran və Türkiyəyə səfərim var. Bu həftə yola düşməliyəm. Şükr edirəm ki, yenə də ailəmlə birlikdəyəm. Bir daha Heydər Əliyev Fonduna, ailəmiz adından təşəkkürümü bildirirəm”, - qeydini yazıb.
 
Qeyd edək ki, Ş.Zəkizadə Azərbaycanda klip çəkən ilk rejissorlardandır. Bir çox məşhurların kliplərini o ekranlaşdırıb.
 
Aysel.Ş
BAKU.WS