13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Hər ilin son ayında arxada qalan ilin yekunları ilə bağlı mətbuatda yazılar yer alır. Kimlər evləndi, kimlər boşandı, kimisi yeni klipini təqdim etdi və sair və ilaxır...

BAKU.WS bu yazıda sizə 2016-cı ildə vəfat edən tanınmışların siyahısını təqdim edir:

İlin ən ağır itkilərindən biri xalq artisti İlhamə Quliyevanın vəfatı oldu. Sənətkar fevralın 25-də vəfat etdi.

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da dünyasını dəyişdi.

Xalq artisti, dirijor Nəriman Əzimov 80 yaşında rəhmətə getdi.

Rejissor Ələkbər Kazımovski, Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə, şair, publisist, ssenari müəllifi, kino redaktoru, əməkdar mədəniyyət işçisi Fikrət Sadıq dab u il vəfat edənlər arasındadır. 

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev də 2016-cı ildə dünyasını dəyişən tanınmışlardandır. 
Aktyor, uzun illər AZTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov bu il vəfat edib. 

Bu günlərdə isə "Şeron” qrupunun musiqiçisi Azər Qafarov da dünyasını dəyişdi.

Tanınmış uşaq bəstəkarı, SSRİ-nin əməkdar incəsənət xadimi, xalq artisti Oqtay Zülfüqarov 87 yaşında vəfat etdi.

"Lider” TV-nin əməkdaşı İlqar Qulusoy rəhmətə getdi.

Xalq şairi, tanınmış publisist Söhrab Tahir vəfat etdi.
 
Bu da bir neçə gündən sonra geridə qoyacağımız ildə itirdiyimiz sənət adamları… Ümid edirik ki, qarşıdan gələn 2017-ci il daha çox yaradıcılıq uğurları, xoş xəbərlərlə yadda qalacaq.
 
Aysel.Ş
BAKU.WS