20, 22, 33 dəfə namizəd olub, az sayda "Qızıl qlobus" qazanan MƏŞHURLAR - SİYAHI
Bugünə qədər"Qızıl qlobus"a ən çox namizəd olan məşhurların adları açıqlanıb.
BAKU.WS xəbər verir ki, siyahıya əsasən məşhur aktrisa Meril Stripin "Qızıl qlobus"a 33 dəfə namizədliyi irəli sürülüb. Aktrisa rol aldığı bəzi filmlərə görə isə cəmi 9 dəfə qalib olub və "Qızıl qlobus" mükafatını qazanıb.
Aktyor Leonardo DiKaprio "Qızıl qlobus"a 15 dəfə namizdə olub. Lakin sadəcə 3 dəfə qalib olaraq mükafatı əldə edib.
Aktyor Cek Lemmon "Qızıl qlobus"a 22 dəfə namizəd olub. O cəmi 5 dəfə bu mükafatı ala bilib.
Aktrisa Şirli Makleyn "Qızıl qlobus"a 20 dəfə namizəd olub, 7 dəfə isə bu mükafatı alıb.
Məşhur aktyor Al Paçino 19 dəfə "Qızıl qlobus"a namizəd olub. Cəmi 5 dəfə isə qalib olaraq bu mükafat layiq görülüb.
Aktyor Cek Nikolson 7 dəfə "Qızıl qlobus" qazanıb. Onun 17 dəfə isə bu mükafata namizədliyi irəli sürülüb.
Aktrisa Barbra Streyzand "Qızıl qlobus"a 17 dəfə namizdə olub. Lakin 9 dəfə qalib olub və ona bu mükafat təqdim edilib.
Aktrisa Ceyn Fonda 8 dəfə "Qızıl qlobus" qazanıb. Lakin bu mükafata 16 dəfə namizəd olub.
Oxşar xəbərlər
Məşhurlar 97 yaşlı Haldun Dormenin vəfatından yazdılar
Ötən gün türkiyəli məşhur teatr aktyoru Haldun Dormen 97 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, onun dünyasını dəyişməsi Türkiyə sənət camiəsindəki məşhur...