Ani Lorak "Diva" şousu ilə Bakı tamaşaçısını coşdurdu - FOTOLAR
04
mar
2019
09:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 2-də Ukraynanın Xalq artisti Ani Lorak Bakıda möhtəşəm konsert proqramı ilə çıxış edib. BAKU.WS-in məlumatına görə, tanınmış ulduz Bakı Konqres Mərkəzində "Diva" adlı şousu ilə tamaşaçılarını özünə heyran qoyub. Gecədə bir-birindən sevilən və hit mahnılarını ifa edən Lorak səhnə performansı ilə də diqqət çəkib.
Ulduz səhnədəki çıxışı zamanı gah brilliantlarla dolu vannada uzanıb, gah bodi geyinib tamaşaçılarına dəniz ab-havasını yaşadıb, gah da əlinə çətir alıb soyuq payız günlərini xatırladıb. Konsertdən sonra "Instagram" hesabında çıxışı zamanı çəkilən videosunu paylaşan Lorak "Unudulmaz bir gecə idi. İsti münasibət və sevginizə görə təşəkkür edirəm" şərhini yazıb. Məlumat üçün bildirək ki, Ani Lorak "Diva" şousu ilə Rusiyanın ayrı-ayrı şəhərlərində, eləcə də Ukraynanın Kiyev, Belarusun Minsk şəhərində çıxış edib.Hüseyn MəmmədsalahovFoto: Mirsadıx HüseynovBAKU.WS




Oxşar xəbərlər
10 illik EVLİLİK BİTDİ - Bakıda olarkən xəyanətə uğrayan müğənni boşandı (FOTOLAR)
Rusiyalı müğənni Ani Lorakla türkiyəli biznesmen Murat Nalçaçıoğlu rəsmi şəkildə ayrılıblar. BAKU.WS "Комсомольская правда"ya istinadən xəbər verir ki, Kiyevin...