Azərbaycanlı fanatı ilə duet oxuyan Murad Boz onu Türkiyəyə dəvət etdi - VİDEO

Azərbaycanlı fanatı ilə duet oxuyan Murad Boz onu Türkiyəyə dəvət etdi - VİDEO
Video
Şou-biznes 4871
Dekabrın 21-də Bakı Konqres Mərkəzində Türkiyənin məşhur müğənnisi Murad Bozun solo konserti baş tutub. BAKU.WS-in məlumatına görə, musiqili gecədə ən sevilən mahnılarını ard-arda ifa edən Boz tamaşaçılarına unudulmaz anlar yaşadıb. Səhnə şousu, rəqsi, canlı ifası, zarafatları ilə seçilən türkiyəli ulduzun hər çıxışı böyük coşqu ilə qarşılanıb. Konsertdə ən yaddaqalan məqamlardan biri isə Murad Bozun Murad adlı azərbaycanlı fanatını səhnəyə dəvət etməsi olub. Adaşı ilə "Adını bilen yazsın" mahnısını duet ifa edən Murad onu Türkiyəyə dəvət edib.

Daha sonra səhnədən tamaşaçıların yanına düşən Boz fanatlarının hücumuna məruz qalıb.

"Bakı, səni çox sevirəm" deyən ifaçı bir daha azərbaycanlı tamaşaçıları ilə görüşmək ümidi ilə səhnəni tərk edib. Hüseyn Məmmədsalahov BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər