Aygün bu dəfə Belarus səhnəsini fəth etdi (FOTO)
27
fev
2018
11:21
Xalq artisti pop diva Aygün Kazımova növbəti uğurlu layihəsinə imza atıb. Belə ki, Kazımova ölkədən kənarda konsert proqramı ilə çıxış edib.BAKU.WS-in məlumatına görə, müğənni fevralın 24-də Belarusiyanın paytaxtı Minsk şəhərində solo konsert verib. "Opera" səhnəsində baş tutan gecədə xalq artisti sevilən mahnılarını səsləndirib. Sənətçini səhnədə Vaqif Gərayzadənin bədii rəhbəri, Anar İsayevin isə musiqi rəhbəri olduğu musiqi ansamblı müşayiət edib.Kazımovanın səhnə geyimlərinin müəllifi yenədə modelyer Rüfət İsmayıl hazırlayıb.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Aygün Kazımova üçün özəl gün
Bü gün səhnəmizin ayı, günəşi, estradamızın superstarı, xalq artisti Pop Diva Aygün Kazımova ad gününü qeyd edir. Milli pop musiqimizin ikonası Aygün xanımın 47...