18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub – VİDEO

18 yaşlı azərbaycanlı İsveçdə istedadlar yarışmasının qalibi olub – VİDEO
Video
Şou-biznes 1835

 

18 yaşlı azərbaycanlı İbrahim Nəsrullayev İsveçin "TV4” telekanalının təşkil etdiyi istedadlar yarışması "Talent 2017”nin qalibi olub.

BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, finalda o, İsveç dilində "Hold My Heart” mahnısını ifa edib.

Qeyd edək ki, İ.Nəsrullayev bir il əvvəl ailəsi ilə birgə miqrant kimi İsveçə gedib. Cəmi bir il ərzində gənc oğlan İsveç dilini öyrənib və indi bu dildə sərbəst danışır.

Qalib gəldikdən sonra İ.Nəsrullayev uduş məbləğinin bir hissəsini İsveç dilini öyrəndiyi məktəbə bağışlayacağını açıqlayıb.

BAKU.WS

Oxşar xəbərlər

Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu gün Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. APA-nın məlumatına görə, bu barədə İsveçin SVT kanalı məlumat verib. "İlkin məlumata...

1584 Hadisə 23:43 07 aprel 2017

Son xəbərlər