18 kiloqram arıqlayan məşhur aktyor görənləri təəccübləndirdi
Aktyor Ahmet Mümtaz Taylan xarici görünüşü ilə hamını təəccübləndirib.
BAKU.WS xəbər verir ki, o son zamanlar etdiyi idmandan sonra artıq çəkilərindən xilas ola bilib. Cərrahi müdaxilələr yerinə sağlam formada arıqlayan aktyor 18 kiloqram çəki atıb.
O bunu 4 ay ərzində edib. Ahmet Mümtaz Taylan bundan sonra da eyni proqramla arıqlamağa davam edəcəyini bildirib.
Aktyorun son halı görənləri təəccübləndirib. Bəziləri onun əvvəlki halının daha yaxşı olduğunu desə də, bir çoxları indiki halının daha yaxşı olduğunu vurğulayıb.
Aktyor artıq çəkili həmkarları və adi vətəndaşlar üçün ilham mənbəyinə çevrilib.
Oxşar xəbərlər
Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA
Xalq artisti Alim Qasımovla qızı, Əməkdar artist Fərqanə Qasımova İspaniyaya yollanıblar. BAKU.WS xəbər verir ki, məşhurlar Pamplona şəhərində muğam ifa ediblə...