SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Safurə Əlizadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında anası Nailə xanımla yeni görüntüsünü paylaşıb.

O, valideyni ilə olan fotosuna ingilis dilində "Mənim ən yaxşı dostum əziz anamdır" sözlərini yazıb. 

Meyxanaçı Namiq Qaraçuxurlu isə sosial şəbəkədə atasının fotosunu paylaşıb. O, valideyni ilə yeni görüntüsünü paylaşaraq onu 81 yaşı tamam olması münasibətilə təbrik edib:

"Uşaq böyütməyin nə qədər çətin olduğunu hamımız bilirik. Ələxsus da bizim uşaqlıq illəri, ölkədə böyük problemlərin baş verdiyi zaman... Əlimizin heç nəyə çatmayan vaxtı əlini böyük yük altına qoyan, üç uşaq böyüdən adamdır bu adam. Hər şey üçün çox sağ ol, atam Hilal bəy. 81 yaşın mübarək. Hər il səni qucaqlayıb təbrik etmək qismətimiz olsun. Doğum günün mübarək".

BAKU.WS