12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT



"Mərkəz" production Rauf Əhmədovun " Gec-tez" trekini təqdim edir. 

BAKU.WS xəbər verir ki, mahnının sözləri və musiqisi Nicat Məlikova məxsusdur, saund prodüseri isə Fərid İsmayılovdur. 

Qeyd edək ki, klip Kamran Aydınova aid studiyanın texniki bazası əsasında ərsəyə gəlib. 
 
Kamran özü də prodüserliyə təşəbbüs edərək, çəkilişlər üçün texniki komandanın təşkili ilə məşğul olub. 
Klipin əsas maraq obyekti "Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camaldır. Onun iştirakı klipin ideyasını tamamlayaraq, başqa bir rəng qatır. 
Belə ki, Rauf Əhmədov daha öncə Nigar Camalın "Yalan" klipinə çəkildiyindən bu ideyanın davamı olaraq ,"Gec-tez" klipi onları bir daha çəkiliş meydançasında görüşdürdü. 
 
"Gec-tez" klipi ifaçıların öncəki aktyor oyununa özünəməxsus cavab reaksiyasıdır. 

 
Qeyd edək ki, 2014-cü ildə "-40” adlı klipi ilə debüt edən Rauf Əhmədov daha sonra "Limonlu çay”, " Dəyişdi” və "Nərgizgülü” mahnılarını təqdim edib.
Yeni klipi oxucuların ixtiyarına buraxırıq:
 
Aysel.Ş
BAKU.WS