13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Yaxın günlərdə meyxanaçı Rəşad Dağlının övladının xeyir işi olacaq. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, məşhur ilk övladı Yusifə kiçik toy edəcək.

Onun oğlunun şad günü oktyabrın 10-da keçiriləcək. Məclisdə Dağlının ailə üzvləri, yaxınları, meyxanaçı dostları və bir sıra tanınmış simalar yer alacaqlar.

Yusifin kiçik toyu Xəzər rayonunun Buzovna qəsəbəsindəki restoranlardan birində baş tutucaq. Toya 500-600 qonağın dəvət olunduğu bildirilir.

Xatırladaq ki, meyxanaçının oğlunun 11 yaşı var. O, 5-ci sinif şagirdidir. Rəşadın Yusifdən başqa Bətul adlı azyaşlı qızı da var.

Meyxanaçı sosial şəbəkə hesabında tez-tez övladları ilə görüntülərini paylaşır. 

Zöhrə Pənahi
BAKU.WS
QALEREYA