Aynişan Quliyeva Rəhimdən yazdı: "Palatalarımız yan-yana idi..." - FOTO

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva vəfat edən müğənni Rəhim Rəhimli ilə bağlı xatirəsindən yazıb.
BAKU.WS xəbər verir ki, bloger sosial şəbəkə hesabında Rəhimin fotosunu paylaşaraq bir zamanlar onunla eyni xəstəxanada müalicə aldığını bildirib:
"Rəhim Rəhimlini çox mərhəmətli, gözəl ürəyə sahib birisi kimi tanıyıram. Bir dəfə əməliyyat olunmuşdum, palatalarımız yan-yana idi. Bildi ki, oradayam. Böyüklük edib məni görməyə gəldi. Mən onun orada olduğunu bilmirdim. O zaman ayaqlarından əməliyyat olunmuşdu. Sağlığı ilə bağlı çox əziyyət çəkirdi. Amma bunu bir dəfə də olsa, işıqlandırmamışdı. Allah rəhmət etsin".

Oxşar xəbərlər
"Bülbüllər"dən Aybəniz Haşımovaya AD GÜNÜ SÜRPRİZİ - VİDEO
Bu gün Əməkdar artist Aybəniz Haşımovanın 54 yaşı tamam olur. BAKU.WS xəbər verir ki, sənətçini yeni yaşında tələbələri tək qoymayıblar. Keçmiş "Bülbüllər" qru...
