Vüsalə Əlizadə: "Sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir" - FOTO

Aparıcı Vüsalə Əlizadə İranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalaraq ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, şəxsi instaqram hesabında foto yayımlayaraq erkən nikahı, övladını məktəbə getməyə qoymayan valideynləri şiddətlə qınayaraq tənqid edib:
"Qadına yalnız şəhvət obyekti kimi yanaşıb, ondan azadlıqlarını alıb, qadını zorla bağlayanlar, məktəbə buraxmayanlar, zorla ərə verənlər, sizin qadağalar islam deyil, öz pozğun beyninizin kompleksidir. Başıaçıq gəzib sizdən də əxlaqlı, ismətli və imanlı olmaq mümkündür".
Xatırladaq ki, Xalq artisti Aygün Kazımova, müğənnilər Günel Zeynalova, Murad Arif də 22 yaşlı Məhsa Əminin ölümü ilə bağlı paylaşımlar ediblər.

Oxşar xəbərlər
Bella Hadiddən Məhsa Əmininin ölümünə reaksiya: "Buna layiq deyildin" - FOTO
Son bir neçə gündür İranda əxlaq polisi tərəfindən öldürülən 22 yaşlı Məhsa Əmininin ölümünə etiraz aksiyaları keçirilir. BAKU.WS xəbər verir ki, dünya gündəmin...
