SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı dizayner Yeganə Sadıxova gənc müğənni Günay İbrahimli ilə müştərək layihəsini təqdim edib. 

BAKU.WS xəbər verir ki, G.Ibrahimlinin yeni "Biri var orada”  adlı mahnısına çəkilən klipində modelyerin geyimlərindən istifadə edilib. 
Müğənni həmin ekran işində tam fərqli üç fərqli obrazda görünür.

Qeyd edək ki, G.İbrahimli dizaynerlə 3 il əvvəl də birgə çalışıb. Müğənnin 2013-cü ildə Yaşıl Teatrdakı konsertində də geyimlər Yeganə xanıma məxsus olub. Həmin geyimlər hələ də müzakirə mövzusudur.
Klipdən olan fotoların müəllifi 1STudio və fotoqraf Samir Atabəydir.
 
Aysel
BAKU.WS