SİZİN REKLAM BURADA!
055 213 76 73




Nadir çox aqressiv adamdır. Amma belə adamların ürəyi təmiz olur. Həmişə sakit adamlardan qorxmuşam. Bir misal var: deyir ki, suyun lal axanı, adamın yerə baxanı. Mən yaxşı mənada həyasız olan adamlardan qorxmamışam. Çünki belə adamların nəyi var, dilindədir. Nadir Qafarzadəni "İnstagram”da təhqir edən adamlar isə mənəviyyatı, vicdanı olmayanlardır.

Bu sözləri müğənni Vüqar Muradov BAKU.WS-ə açıqlamasında həmkarı Nadir Qafarzadənin sosial şəbəkədə ünvanına təhqiramiz şərhlər yazanlara verdiyi sərt cavaba münasibətini bildirərkən deyib.

"Əgər bir adamı bəyənmirsənsə, sevmirsənsə, onu niyə izləyirsən? İnsanı təngə gətirmək lazım deyil. Nadiri o həddə çatdırıblar. İnanmıram ki, Nadir ümumilikdə hamını acılasın, sərt söz söyləsin. Güman ki o, məhz ünvanına ağır söz deyənlərin cavabını verib. Nadirin şəklinin altına yazır ki, səndən zəhləm gedir. Adama deyərlər ki, Nadirdən cəhənnəmə xoşun gəlsin. Niyə axı şəkillərinə baxırsan, sosial şəbəkədə izləyirsən? Xoşuna gəlməyən adama niyə baxırsan? Sən axı kimsən? Mənim dayandığım mərtəbədən yüz pilləkən aşağıdasan” – söyləyən, V.Muradov "Kiminsə şəklinə belə şərh yazan bekar, mənəviyyatı, savadı, düşüncəsi olmayan biridir” – deyə əlavə edib:

"Mənim də çox adamdan xoşum gəlmir deyə, onları təhqir edim? Xalqımın mədəni, yaxşı insanına canım qurban. Amma mədəniyyətsizin yüzünün canı mənim çölə atılan dırnağıma qurban olsun. Ay axmaq, niyə sən o sözü yazırsan ki, səni təhqir etsinlər?! Tolerant ölkədə yaşayırıq, cinsiyyətindən, orientasiyasından, cəmiyyətdə tutduğu mövqeyindən, dinindən, əqidəsindən, irqindən asılı olmayaraq, kiminsə şəxsiyyətinə toxunmağa heç bir adamın ixtiyarı yoxdur. Toxunan, ən şərəfsiz, ən namussuz adamdır”.
 
Aytən
BAKU.WS