SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Şakiraya xəyanət edən sevgilisi, "Barselona"nın müdafiəçisi Jerar Pikedən xəbər var. 

BAKU.WS xəbər verir ki, idmançı Şakiraya xəyanət etdiyi ofisiant qadından ayrılıb. Bu haqda xarici kütləvi informasiya vasitələrində məlumat yer alıb. 

Bildirilib ki, Pike yenidən sənətçi sevgilisi ilə barışmaq üçün belə bir qərar verib. 

Xatırladaq ki, Şakira və Jerar Pike 12 illik evliliyini ötən ay sonlandırıblar. Cütlüyün Milan və Saşa adlı övladları var. 

Hazırda Şakira övladlarının qəyyumluğunu almaq üçün məhkəməyə müraciət etməyə hazırlaşır.

BAKU.WS