Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino 2027-ci ilin martında keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək.
BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Rob Harris təşkilatdakı mənbəyə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, İnfantino daha əvvəl də 2027-ci ildə keçiriləcək seçkilərdə iştirak edəcəyini açıqlayıb və bu qərarında dəyişiklik yoxdur.
Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti seçilib. O, daha sonra bu vəzifəyə iki dəfə yenidən seçilib.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...