Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı

Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı
Dünya 57

Nigeriya-Britaniya vətəndaşı olan iş adamı və sosial media fenomeni İqho "Taini" Ubiribo Taylandda keçirdiyi estetik prosedurdan sonra həyatını itirib.

BAKU.WS xəbər verir ki, 43 yaşlı iş adamına Banqkokda cinsiyyət orqanının böyüdülməsi məqsədilə təxminən 40 millilitr hialuron turşusu və lidokain yeridilib.

Prosedurdan sonra Ubiribo sinə ağrısından şikayətlənib və iki dəfə huşunu itirib. Xəstəxanada 100 dəqiqədən çox davam edən reanimasiya cəhdlərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məhkəmə-tibbi ekspertiza ölümə prosedurun yaratdığı ağciyər emboliyasının səbəb olduğunu müəyyən edib.

Lüks həyatı ilə tanınan Ubiribo may ayında Londonda qızıl tabutda dəfn edilib. Xarici KİV onun tabutunun 745 min dollardan baha olduğunu yazıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər