Ağdamda traktor minaya düşüb, xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
İşğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli Sarıcalı kəndi ərazisində 2026-cı il 5 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Qeyd edilib ki, Ağcabədi rayonu Şotlanlı kənd sakini 1972-ci il təvəllüdlü Sarıyev Elmdar Xan oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Sarıyev Elmdar xəsarət alıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
***06.09.2026, 23:57
Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sarıcalı kəndində baş verib.
İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb.
Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünün xəsarət almadığı bildirilir.
Hazırda faktla bağlı araşdırma aparır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...