Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib

Superliqa: Beşiktaş səfərdə Fənərbağçanı məğlub edib
İdman 107

Türkiyə Superliqasında daha bir oyun keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, IV turun mərkəzi matçında "Fənərbağça" "Beşiktaş"ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

"Ağ-qaralar"ın heyətində 38-ci dəqiqədə Rıdvan Yılmaz, 73-cü dəqiqədə Duşan Vlahoviç fərqlənib.

Meydan sahiblərinin heyətində isə Milan Şkrinyar 26-cı dəqiqədə adını tabloya yazdıra bilib.

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran "Beşiktaş" ikinci pillədə qərarlaşıb. "Fənərbağça" 6 xalla dördüncü yerdədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər