Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
06
sen
2026
22:15
Almaniyanın Kil şəhərində İkinci Dünya müharibəsindən qalma aviasiya bombası aşkarlanıb. Bombanın zərərsizləşdirilməsi üçün 5 mindən çox sakin ərazidən təxliyə ediləcək.
BAKU.WS xəbər verir ki, 250 kiloqram ağırlığında bomba şəhərin Ditrixsdorf rayonunda tapılıb.
Məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində 5 235 nəfər evlərini tərk etməlidir. Təxliyə təxminən 2 580 təsərrüfatı əhatə edəcək.
Sakinlər yerli vaxtla saat 14:00-dək ərazidən çıxmalıdır. Yaxınlarının yanında qala bilməyən şəxslər üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb.
Oxşar xəbərlər
Britaniyada "Boelo" fırtınası 57 mindən çox evi işıqsız qoyub
Böyük Britaniya və İrlandiyada tüğyan edən "Boelo" fırtınası nəticəsində 57 mindən çox evin elektrik enerjisi təchizatı kəsilib. BAKU.WS xəbər verir ki, "Sky Ne...