Tramp saçının rəngini dəyişdi: Əsmər oldu
ABŞ Prezidenti Donald Trampın saçlarının rənginin qəfil dəyişməsi diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Tramp sentyabrın 4-də Nyu-Cersidə Morristaun hava limanında görüntülənib. Onun illərdir sarı rəngdə olan saçlarının bu dəfə daha tünd, qəhvəyi tona yaxın olduğu görünüb.
Yeni görünüş sosial şəbəkələrdə geniş müzakirə olunub. Bəzi istifadəçilər Trampın saçlarını fərqli məşhurlara bənzədib, digərləri isə onun parikdən istifadə etdiyi barədə iddiaları yenidən gündəmə gətirib.
Saç rənginin niyə dəyişdiyi isə hələlik məlum deyil. Bunun boya, saç məhsulları, işıqlandırma və ya başqa səbəbdən baş verdiyi barədə Tramp tərəfindən rəsmi açıqlama verilməyib.
Oxşar xəbərlər
Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir
Türkiyənin Antalya şəhərinin Serik rayonunda meşə yanğını baş verib. BAKU.WS xəbər verir ki, Akbaş məhəlləsində başlayan yanğının səbəbi hələlik məlum deyil. Ya...