SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədov "Tarixin bir günü" proqramına qonaq olub. 

BAKU.WS xəbər verir ki, veriliş zamanı Məmmədov Xalq artisti fəxri adı ala bilməməsindən danışıb. Əməkdar artist bu günə qədər təmənna güdmədən bir çox imkansız şəxslərin toyunda oxuduğunu deyib.

"Biz Firuzəylə 28 ildir Azərbaycanın o kəndi-kəsəyi, kasıb aiələri qalmayıb ki, gedib toylarında oxumayaq. Quran haqqı, nazir toyunu oxumuşuq, gətirib 5 min veriblər, qaytarmışam. Demişəm "Biz toya 3500-ə gedirik". Toy sahibi inad edib, demişəm "Yox, dəsti-xətti pozmayaq, olmaz".

O "Zəhmətimin haqqı nə vaxt veriləcək?" deyərək etiraz edib, daha sonra isə kövrəlib.

Ətraflı videoda: 

BAKU.WS
VİDEO