VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“Kuruluş Osman” serialının baş rol ifaçısı, aktyor Burak Özçivit Bakıya gəlib.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı 21.4 milyon izləyicisi olan instaqram hesabında bildirib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından foto paylaşan Burak görüntüyə “Səhər-səhər Bakıda” sözlərini də əlavə edib. 

Aktyor paytaxta bu gün baş tutacaq kikboksinq turniri ilə bağlı gəlib. Onu “Kuruluş Osman”da rol alan kikboksçu Zabit Səmədov müşayiət edəcək.

Qeyd edək ki, bu gün Türkiyənin “Loca” döyüş klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində azərbaycanlı və türkiyəli kikboksçuların əcnəbi idmançılara qarşı döyüş gecəsi baş tutacaq.

BAKU.WS
QALEREYA