Burak Özçivit Bakıda - FOTO

Burak Özçivit Bakıda - FOTO
Foto
Şou-biznes 39

“Kuruluş Osman” serialının baş rol ifaçısı, aktyor Burak Özçivit Bakıya gəlib.

BAKU.WS xəbər verir ki, o, bununla bağlı 21.4 milyon izləyicisi olan instaqram hesabında bildirib. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından foto paylaşan Burak görüntüyə “Səhər-səhər Bakıda” sözlərini də əlavə edib.

Aktyor paytaxta bu gün baş tutacaq kikboksinq turniri ilə bağlı gəlib. Onu “Kuruluş Osman”da rol alan kikboksçu Zabit Səmədov müşayiət edəcək.

Qeyd edək ki, bu gün Türkiyənin “Loca” döyüş klubunun təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində azərbaycanlı və türkiyəli kikboksçuların əcnəbi idmançılara qarşı döyüş gecəsi baş tutacaq.

Oxşar xəbərlər

Burak Özçivit Bakıya gələcək

Burak Özçivit Bakıya gələcək

Məşhur türkiyəli aktyor Burak Özçivit Bakıya səfər edəcək. BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, “Kuruluş Osman” serialında rol alan sənətçi Bakıya iyulun...

147 Şou-biznes 14:03 16 iyun 2022

Son xəbərlər