VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yerli məşhurlar arasında xarici vətəndaşlarla ailə quranların sayı kifayət qədərdir. Sənət aləmindəki azərbaycanlı xanımların böyük əksəriyyəti daha çox türk bəylərlə evləniblər. 

BAKU.WS saytı türk bəylərlə ailə həyatı quran yerli məşhurları təqdim edir:

Müğənni İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə evlidir. 2009-cu ildə evlənən cütlük uzun illərdir Türkiyədə yaşayır. Onların İpek adlı qızı, Ali adlı bir oğlu var.

Müğənni Yeganə Mürsəlova da türk bəylə ailə quran məşhurlardandır. O, Fateh adlı Türkiyə vətəndaşı ilə evlidir. Cütlüyün Ömər adlı bir övladı var. Mürsəlova ara-sıra Azərbaycana gəlsə də, daimi olaraq ailəsi ilə birlikdə Türkiyədə yaşayır. 

Aktrisa Cəmilə Tağızadə də türkiyəli bəylə evlənib. O, Murad Temizlə ailəlidir. Cütlük aktrisa Natavan Ələkbərovanın toyunda tanış olub. Onların bu evlilikdən Abdullah Cəsur adlı bir oğul övladı var.

Aparıcı Xoşqədəm Baxşəliyeva məşhur müğənni Doğuşla evlənib. Onların toyu paytaxtın dəbdəbəli otellərindən birində baş tutub. Artıq 8 ildir evli olan cütlüyün Arda və Arın adlı əkiz övladları var. 

Azərbaycanlı model Günay Musayeva türkiyəli aktyor Tolqa Karellə ailə həyatı qurub. Cütlük 2011-ci ildə həyat yollarını birləşdirsə də, onların evliliyi uzun çəkməyib. Cütlük üç il sonra boşanıb. Onların Cihangir adlı bir övladları var. O, hazırda anası Günayla yaşayır.

"Kristal" qrupunun keçmiş üzvlərindən olan müğənni Lalə Qafarova 2011-ci ildə türkiyəli Nurkan Mustafaoğlu ilə evlənib. Onun həyat yoldaşı da özü kimi sənətçidir. Cütlüyün iki övladı var.

Aparıcı və DJ Nurlana Cəfərova da türk bəylə ailə quran məşhurlardandır. O, Mehmet adlı türk vətəndaşı ilə evlənib. Lakin cütlüyün ailə həyatı cəmi 3 ay davam edib. Daha sonra onlar ayrılıblar. Bu haqda Nurlana müsahibələrindən birində özü açıqlama verib. 

Müğənni Aygün İsmayılova hazırda Türkiyədə yaşayır. O, 2013-cü ildə türkiyəli Haluk bəylə evlənib. 2014-cü ildə onların ilk övladı dünyaya gəlib. Hazırda cütlüyün iki qızı var.

Azərbaycanlı model Pərvin Həsənzadə də türk vətəndaşı ilə ailəlidir. O, memar Cihad Önərlə evlənib. Cütlük ötən ilin sonlarında ailə həyatı qurub. Oların təmtəraqlı nikah mərasimi Sait Halim Paşa yalısında baş tutub. 

Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə isə türkiyəli həmkarı Gökhan Alkanla bir neçə ildir eşq yaşayır. Cütlük bir müddət əvvəl nişanlanıb. Onların toy tarixi isə hələlik açıqlanmır.

Zöhrə Pənahi
BAKU.WS