Növbəti "Oskar" mükafatlandırma mərasiminin keçirilmə tarixi açıqlandı

16
may
2022
12:36
Növbəti "Oskar" mükafatlandırma mərasiminin keçirilmə tarixi açıqlanıb.
BAKU.WS TASS-a istinadla xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, 95-ci "Oskar" mükafatlandırma mərasimi gələn il martın 12-si keçiriləcək.
Mükafatlandırma mərasiminin ənənəvi olaraq Los-Ancelesdəki “Dolby” teatrında keçirilməsi planlaşdırılır. Kino sahəsinin ən nüfuzlu mükafatına namizədlər gələn il yanvarın 24-də açıqlanacaq. Mükafat 23 nominasiya üzrə veriləcək.
Oxşar xəbərlər
Uill Smitin silləsi ona baha başa gəldi: Tədbirlərə buraxılmayacaq
Amerika Kino Sənəti və Elmləri Akademiyası aktyor Uill Smiti “Oskar” mükafatlandırma mərasimi də daxil olmaqla, 10 il ərzində özünün keçirdiyi heç bir tədbirdə...
