Növbəti "Oskar" mükafatlandırma mərasiminin keçirilmə tarixi açıqlandı

Növbəti Oskar mükafatlandırma mərasiminin keçirilmə tarixi açıqlandı
Şou-biznes 49

Növbəti "Oskar" mükafatlandırma mərasiminin keçirilmə tarixi açıqlanıb.

BAKU.WS TASS-a istinadla xəbər verir ki, bu barədə Amerika Kino Sənəti Akademiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, 95-ci "Oskar" mükafatlandırma mərasimi gələn il martın 12-si keçiriləcək.

Mükafatlandırma mərasiminin ənənəvi olaraq Los-Ancelesdəki “Dolby” teatrında keçirilməsi planlaşdırılır. Kino sahəsinin ən nüfuzlu mükafatına namizədlər gələn il yanvarın 24-də açıqlanacaq. Mükafat 23 nominasiya üzrə veriləcək.

Son xəbərlər