SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

 

Yeni "Qaynanamız" teleserialının təqdimat mərasimi keçirilib.

 

BAKU.WS-məlumat verir ki, "Soy production" yeni layihəsi olan "Qaynanamız" teleserialının 9 sentyabr tarixində Nizami kinoteatrında təqdimat mərasimini keçirib.


Təqdimatda tanınmış aktyor və aktrisalarla yanaşı media nümayəndələri də iştirak edib.


Serial komediya janrında çəkilib. Baş rollarda qaynana rolunda Afaq Bəşirqızı, gəlinləri rolunda Dilarə Əliyeva, Xuraman Əlizadə, qızı rolundaÜlviyyə Əliyeva, oğlu rolunu isə Müşfiq Şahverdiyev oynayıb.


Afaq Bəşirqızı teleseriala hələ baxmadığını deyib:


"Serialın hələ heç bir çəkilişinə baxmamışam. Bu gün sizinlə baxacam. Düzü nəsə çəkinirəm baxmağa. Çox gözəl heyətlə yola çıxmışam. İnşallah hamımız üçün uğurlu olar" deyə aktrisa bildirib.

 

Dilarə Əliyeva da çəkilişlərdən məmnun olduğunu söyləyib:


"Afaq xanımla bir seriala çəkilmək mənim üçün olduqca əlamətdar bir haldır. Ələlxüsus da onun gəlini rolunu oynamaqdan böyük sevinc hissi duyuram. Əminəm ki, bu layihəmiz də digərləri kimi uğurlu alınacaq".


Tamaşaçılar "Qaynanamız" teleserialına sentyabr ayının 11-dən etibarən ATV kanalında baxa biləcəklər.

 
Ayşən Ayxan
BAKU.WS