Xalq artisti Röya Ayxanın yeni libası müzakirələrə səbəb olub. 

BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə klip çəkilişləri zamanı lentə alınan şəklini paylaşıb. Röyanın qara və sinə dekolteli uzun geyimi açıq-saçıqlığı ilə bütün diqqətləri üzərinə toplayıb.

Libas türkiyəli modelyer Gülşah Saraçoğlu tərəfindən hazırlanıb.

İzləyiciləri Xalq artistinin cazibədar görünüşü qarşısında təəccüblərini gizlədə bilməyiblər.

Onlar "Azərbaycan buna hazır deyil", "Neylədin Röya xanım, partlayış, super", "Şəklini görən kimi ağzım qəribə hal aldı", "Bu geyim çox səs-küy salacaq, çünki möhtəşəmdir" sözlərini yazaraq sənətçinin ünvanına təriflər yağdırıblar.

 

 

BAKU.WS
QALEREYA