Röya Ayxan bu türkiyəli məşhurla çalışır - FOTO
Xalq artisti Röya Ayxan Türkiyənin məşhur modelyeri Gülşah Saraçoğlu ilə yenidən əməkdaşlığa başlayıb.
BAKU.WS xəbər verir ki, bu haqda sənətçinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, pop ulduzun Türkiyədə lentə aldığı “Nə badə” klipindəki obrazları üçün istifadə olunan geyimlər Saraçoğlu imzası daşıyır. Həmçinin, dizayner müğənninin İstanbuldakı fotosessiyası üçün də özəl paltarlar hazırlayıb.
Bundan əlavə, Röyanın lentə alınacaq “Ağla” klipinin libasları da Gülşah tərəfindən tikiləcək.
Məlumat üçün bildirək ki, Rüfət Axundovla duet oxunan “Nə badə”nin sözləri Orxan Mürvətli, musiqisi Fərid Kərimiyə məxsusdur. Sözügedən mahnıya çəkilən klipin müəllifi isə Müjdat Küpşidir. G.Saraçoğlu daha əvvəl Röyanın “Mən sənsiz” klipi üçün geyimlər hazırlayıb.
Qalereya
Oxşar xəbərlər
Röya Ayxanla Rüfət İstanbuldadır - FOTO
Xalq artisti Röya Ayxan Türkiyəyə yola düşüb. BAKU.WS xəbər verir ki, pop ulduz bu dəfə həmkarı Rüfət Axundovla səfərə yollanıb. Buna səbəb məşhur müğənninin Ax...