SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nadir Qafarzadə geyimlərini satışa çıxarıb. 

BAKU.WS xəbər verir ki, ifaçı bu haqda "İnstagram" bloqunda yazıb. O, əldə edilən pulu xeyriyyə işlərinə sərf edəcəyini bildirib:
"Bir-iki dəfə istifadə etdiyim geyimlərimi satışa çıxarıram. Ucuz qiymətə satacağam. Yığılan pul aztəminatlı və kimsəsizlərə veriləcək”.
Qeyd edək ki, bundan əvvəl müğənni Gülay Zeynallı və Ayan Babakişiyeva da geyimlərini satışa çıxarıb
 
BAKU.WS