13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Xəzər dənizinin sahilindəki "Sea Breeze” istirahət mərkəzində iyulun 9-10-da keçirilən "İsti günlər” Beynəlxalq Musiqi Festivalı paytaxtımızın sakinlərinə və şəhərimizin qonaqlarına xoş anlar yaşadıb.

Qırmızı xalının üstündən keçən musiqiçilər, eləcə də festivalın təşkilatçıları pərəstişkarları ilə fotolar çəkdirib, jurnalistlərin suallarını cavablandırıblar. Qonaqlar Bakı şəhəri, onun görməli yerləri, şəhər sakinləri və Azərbaycan mətbəxindən valeh olduqlarını bildiriblər, festivalın ilk gününün konserti barədə təəssüratlarını bölüşüb, festivalın əhəmiyyətini, yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Festivalın ikinci gününün konserti Anna Sedokova və Ciqanın artıq yeddi ildir ki, ifa etmədikləri mahnı ilə açılıb. Azərbaycanın "Eurovision-2016” mahnı müsabiqəsində təmsilçisi Səmra tamaşaçıları "Miracle” mahnısı ilə sevindirib. Sonra "Arsenium”, "Serebro” qrupları, Emil Kadırov, Denis Klyaver, Mitya Fomin, Tünzalə Ağayeva, Stas Mixaylov çıxış ediblər. Daha sonra Emin, Keti Topuriya, Nikolay Baskov, Loboda "Nastroyeniye AMOR” mahnısını birgə ifa ediblər.

Festivalın bu günündə də Rusiya estradasının kralı Filip Kirkorov tamaşaçıların qəlbinə həm də Azərbaycan dilində danışması ilə yol tapıb. O, ifa etdiyi mahnının adını da dilimizə tərcümə edib, rus dilində isə "Bakı, mən sənin uğrunda ölərəm” söyləyib. Tamaşaçılar isə Filip Kirkorovla birgə mahnı oxuyub və müğənnini səhnədən buraxmaq istəməyiblər.

Səhnədə tamaşaçılara səmimi hisslərini ifadə edən festival iştirakçıları Azərbaycan mətbəxinin şirniyyat və yeməklərinin çox dadlı olduğunu xüsusilə vurğulayıblar.

Festivalda maraq doğuran məqamlardan biri də mahnıların həm səhnədə, həm də "Sea Breeze” istirahət mərkəzinin hovuzu ətrafında təqdim edilməsi olub.

Festivalın sonuncu günündə dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə Qriqori Leps, Emin, Nikolay Baskov və Aleksey Vorobyov "Sinyaya veçnost” mahnısını ifa ediblər.

Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayıblar. "İsti günlər” Festivalı elə planlaşdırılıb ki, ifaçılar həm səhnədə, həm də zalda gəzişirlər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunurlar.

"İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Festival Bakıda hər il keçiriləcək. Əgər builki proqram iki-gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün davam edəcək, artistlərin və çıxışların sayı da artacaq.

Festival çərçivəsində atəşfəşanlıq təşkil edilib.
 
AzərTac
BAKU.WS