Emin Ağalarov Rusiyanın ən məşhur ulduzlarını Bakıya gətirir (FOTO)

Emin Ağalarov Rusiyanın ən məşhur ulduzlarını Bakıya gətirir (FOTO)
Şou-biznes 2838

 

Xəzər dənizi kənarında "JARA” festivalı keçiriləcək.

BAKU.WS məlumat verir ki, iyul ayının 9 və 10 SEA BREEZE-də Beynəlxalq musiqili yay festivalı baş tutacaq.  Festivalda Rusiyanın bir neçə tanınmış estrada ulduzları Valeri Meladze, Nyuşa, Qriqori Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digəriləri iştirak edəcək.

"JARA" festivalının təşkilatçısı Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps və Russkoye Radio-nun yaradıcısı, "Zolotoy  Qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. 

Təşkilatçılardan Emin Ağalarov bildirib ki, bu festival hər iki ölkədə, Azərbaycan və Rusiyada yayımlanacaq:

"SEA BREEZE ərazisində Rusiya artistlərin konsertlərinin təşkilatçılığında çoxillik təcrübənin olması və həmin artistlərin paytaxt Bakı haqqında müsbət rəyləri məndə, həmkarlarım və tərəfdaşlarım Qriqoriy Leps və Vitaliy Kojevnikovda Azərbaycan paytaxtında mühüm Beynəlxalq miqyaslı musiqi festivalın keçirilməsi fikri yarandı. Biz tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanmasını planlaşdırırıq və bu hal iki dost xalqı bir-birinə daha da yaxın edəcək.”

Festivalın iştirakçıları arasında həmçinin Zülfiyyə Xanbabayeva və "Rast” qrupunun adları da var.

"JARA” Beynəlxalq musiqili festivalı barədə sizi maraqlandıran  məlumatı tədbirin daim yenilənən Instagram @zharafest və Facebook (www.facebook.com/zharafest) rəsmi səhifələrindən ala bilərsiniz. 

Biletləri Bakı şəhərinin bütün mərkəzləşdirilmiş kassalarında əldə etmək olar. Biletlər haqda məlumat almaq üçün +994 55 530 44 22 nömrəsinə zəng edin.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər