SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün "Qurd" ləqəbi ilə tanınan repçi Fərid Eminovun toyudur.

BAKU.WS xəbər verir ki, repçi Leyla adlı xanımla ailə həyatı qurur. Cütlüyün toyu paytaxt restoranlarından birində keçirilir.

Bu haqda ikili sosial şəbəkə hesablarında məlumat verib.

Fəridlə Leylanın xoş gününə yaxınları, dostları və bir sıra tanınmışlar dəvət ediliblər. Bir müddət əvvəl cütlüyün qız toyu olub.

Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Xatırladaq ki, bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.

BAKU.WS
VİDEO